Modern.az

Türkiyədəki qarşıdurmalarda daha bir nəfər öldü

Türkiyədəki qarşıdurmalarda daha bir nəfər öldü

Təhsil

23 May 2014, 15:23


Türkiyədə ötən gündən etibarən yaşanan gərgin vəziyyət davam edir. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Okmeydanında polislə etirazçılar arasındakı insident səngimək bilmir. Soma qurbanlarının və keçən il “Gəzi Parkı” hadisələrində həlak olmuş Berkin Əlvanın xatirəsi üçün keçirilən aksiyalarda bir nəfər də ölüb.

İstanbul valisi Hüseyn Avlu Mutlu daha bir vətəndaşın öldüyünü bildirib. Onun sözlərinə görə şəxsiyyəti hələlik müəyyən edilməyən vətəndaş aksiya iştirakçılarının polislə qarşıdurmasında ölüb.

O, bunu etirazçıların polislərə atdığı partlayıcı maddənin partlaması nəticəsində baş verdiyini söyləyib.  

Qeyd edək ki, ötən gün Uğur Kurt adlı şəxs də başından vurulmuşdu. O, yaralı halda xəstəxanaya qaldırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı