"Yayılmış informasiyaya görə tələbələrin saxlanılmasını universitetlə əlaqələndirirlər ki, 3 gün əvvəl burada flashmob olub. Bizdə elə bir aksiya olmayıb. Tələbələrin saxlanmağı ilə bağlı bizdə məlumat yoxdur". Bunu Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova deyib.
Qeyd edək ki, BDU-nun 3 tələbəsinin polislər tərəfindən həbs edilməsi barədə xəbər yayılıb. Məlumata görə, Azad Gənclik Təşkilatının 2 üzvü Sübhan Qəmbərli, Tamerlan Feyzullalı və Hüseyn Qarasulu polis əməkdaşları tərəfindən BDU-nun həyətində maşına mindirilərək bölməyə aparılıb. Onların konkret hansı bölməyə aparıldığı məlum deyil.
Tələbələrin saxlanılmalarının 3 gün əvvəl keçirilən flashmobla bağlı olduğu deyilir.
Misranə Həsənzadə