Modern.az

SSRİ memarlığının fantastik tikililəri – FOTOLAR

SSRİ memarlığının fantastik tikililəri – FOTOLAR

Təhsil

23 May 2014, 16:34

  Sovet İttifaqı özünəməxsus memarlıq üslubu yaratmışdı. Bu üslubda monumentallıq, əzəmət və ehtişam özünü qabarıq şəkildə biruzə verirdi. Modern.az  Sovet dönəmində fanstastik üslubda tikilmiş memarlıq abidələrinin fotoşəkilləerini təqdim edir.

1969-cu ildə Mussa-Açitara dağının ətəyində, dəniz səviyyəsindən 2250 metr yüksəklikdə tikilmişdi. Hissələr ayırlaraq yenidən yığıla bilən mehmanxana hava aparatları vasitəsilə də daşına bilirdi.

 “Boşqab” mehmanxanası, Dombay, Rusiya

Sovet İttifaqı və Çexoslavakiya Sosialist Respublikasının ortqa layihəsi.

“Dostluq” pansionatı, Yalta, Ukrayna 

Sərgi pavilyonu 1988-ci ildə memar Leonard Moskaleviç tərəfindən layihələndirilib.

“BelEkspo” sərgi kompleksi, Minsk, Belarus 

Maraqlıdır ki, binanın memarı olan Georgi Çaxava həm də Gürcüstan Mssr-NIN Avromobil naziri idi. Hazırda bina Gürcüstan bankına məxsusdur.

Avtomobil Yollari Nazirliyinin mühəndis korpusu, Tbilisi, Gürcüstan

Səfirlik kompleksi 1985-ci ildə memar Pyasetskinin layihəsi əsasında Havanada inşa olunub. Hazırda burda Rusiyanın Kubadakı səfirliyi yerləşir.

SSRİ-nin Kubadakı səfirilyi


Memarlar Artyuşin və Savinin layihəsi əsasında 1973-cü ildən 1987-ci ilə qədər tikintisi geçəkləşən mərkəzdə Sovet dönəmində 16 metrlik manipulyator vasitəsilə “Buran” çoxcəhətli kosmik gəmisi üzərində təcrübələr aparılıb.

Mərkəzi Robotexnika və Texniki Kibernetika Elmi-Tədqiqat Mərkəzi, Sankt-Peterburq, Rusiya 

Bina 1978-ci ildə Oleq Petrovun layihəsi ilə Dneprpetrovsk şəhər parkında tikilib.

Parkda Yya teatrı, Dneprpetrovsk, Ukrayna

1983-cü ildə Yerevanın Çiçernakaberd təpəsində inşa olunub. Erməni memarları Tarxanyan, Xaçikyan, Poqosyan və Muşeqyan tərəfindən layihələndirilən obyekt açılış mərasimindən 1,6 il sonra güclü yanğınla üzləşmişdi. Kompeksin yekun rekonstruksiya işləri yalnız 1987-ci ilin sonlarında başa çatıb.

Karen Dəmirçiyan adınaYerevan idman-Konsert Kompleksi”

Teatr binası 1977-1984-cü illərdə Moskva “Hiproteatr” institutunun proekti (memar – Moçulski) əsasında inşa edilib.

Qrodno Dramatik Teatrı, Belarus

1987-ci ildə Somov tərəfindən tikilən teatrın inşasında Sovet dönəmində məşhur rok qrupu olan “Maşina Vremeni”-nin solisti Andrey Makareviç də iştirak edib. Lahiyə “Hiproteatr” institutu tərəfindən hazırlanıb.

Fyodor Dostoyevski adına Bölgə Teatrı, Novqorodo, Rusiya

Krematori 1975-ci ildə memar Miletskinin layihəsi əsasında 1975-ci ildə Baykov qəbirstanlığında tikilib.

Krematori, Kiyev, Ukrayna

Sirk 1967-ci ildə dekabrın 9-da açılıb. Bina memarlar Piçuyev, mühəndislər Berim və Brudnovun layihəsi əsasında inşa olunub. 

Kazan Dövlət Sirki, Kazan, Rusiya

Kişinyov Sirki 1981-ci ildə memar Şoyhet tərəfindən tikilib. Tamaşaçı zalının ətrafında gəzinti foyesi və yay verandalarının yerləşdityi sirk SSRİ-də ən gözəl sirk arenası sayılırdı.

Kişinyov Dövlət Sirki, Kişinyov, Moldova

Bakının əfsanəvi meri əLİŞ Ləmbəranskinin təklifi ilə 1960-cı illərdə inşa edilən “Mirvari” kafesi uzun illərBakı bulvarının əsas atributlarından sayılırdı. Kafenin memarlıq forması 1958-ci ildə Mexiko yaxınlığında ispan memar Feliks Kandela tərəfindən inşa olunmuş Manantiales restoranının bənzəridi.

“Mirvari” kafesi, Bakı, Azərbaycan

1973-cü ildə memar Yevgeni Stamo tərəfindən tikilən binanın eynisi bir çox şəhərlərdə tikilib.


Matveyevsk rayonundakı “Üzük-ev” yaşayış binası, Moskva, Rusiya

Kubanıçbəy Nazarovun 1978-ci ildə təqdim etdiyi proekt əsasında hazır olan muzey beton tağlar üzərində qurulub. İkimərtəbəli mağarının içərisində müxtəlif eksponatların sərgisi keçirilirdi.

Süleyman-Too dağındakı Tarixi-Etnoqrafik muzey, Oş, Qırğızıstan 

Memar Miletski tərəfindən 1984-cü ildə inşa edilən mehmanxana Yaponiya memarlığında 60-70-ci illərdə populyar olan metabolizm cərəyanından təsirlənmişdi.

“Salyut” mehmanxanası, Kiyev, Ukrayna

1975-1977-ci illərdə Ratuşnıy, Uxobotov, Deyev, Matviets, Tatıqulov, Abduldinov və Krasnyanski tərəfindən ucaldılan abidə Sovet  Qazaxıstanınnı əsas simvollarından biri idi 

“Qazaxıstan” mehmanxanası, Alma-Ata 

1974-cü ildə memar Merpert tərəfindən inşa olunub.

 “Özbəkistan” mehmanxanası, Daşkənd 

1980-ci ildə eston memarlarının gəmi formasında inşa etdikləri mehmanxana günümüzdə Pirita Top Spa Hotel adlanır.

Yelkənli Qayıq Mərkəzinin mehmanxanası, Pirita limanı, Tallin, Estoniya 


1977-ci ildə İqor Yaveynin proekti əsasında tikilən stansiya həm avanqard, həm də Sovet memarlığındakı kosmik üslubu özündə birləşdirib.

Dəmiryolu stansiyası, Dubultı stansiyası, Yurmala, Latviya

1974-cü ildə başlayan və 20 il ərzində tikilən akademik mərkəz ilk növbədə metal və şüşədən hazırlanan dekorativ kompozisiyaları ilə diqqət çəkir.

Rusiya Elmlər Akademiyasının binası 

Gürcü şairi və publisisti İlya Çavçavadzenin muzeyi 1979-cu ildə o dövrün ən avanqard sovet memarlarından Viktor Corvenadze tərəfindən layihələndirilib.

İlya Çavçavadze adına muzey, Kvareliya, Gürcüstan 

1980-c ildə istifadəçilərin ixtiyarına verilən mehmanxana eston memarları Toyvo Kallas və Reyn Kersten tərəfindən proekt olunub.

“Olimpiya” mehmanxanasl, Tallin, Estoniya 

 

1970-ci ildə tikintisi başlanan və uzun illər boyu davam edən layihə Sovet vətəndaşları tərəfindən rişxəndlə “dəfn olunmuş robot” adlandırılırdı.

Şura Evi, Kalininqrad, Rusiya 

   

1985-ci ildə memar Viktor Corvenadze tərəfindən tərtib olunub. Gürcüestanın mütəqillik illərində binanı satın alan biznesmen Badri Patarkaçişvili 2008-ci ildə elə buradaca dəfn olunub.

Nigah mərasimləri sarayı, Tbilisi, Gürcüstan





Vüqar İsmayılov

   
 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı