Modern.az

Kürdəmirdə özünü yandıran gəlinin sağ qalmaq ehtimalı var - baş həkim

Kürdəmirdə özünü yandıran gəlinin sağ qalmaq ehtimalı var - baş həkim

Təhsil

23 May 2014, 16:54


“Sevil Bəkirovanın vəziyyəti nisbətən yaxşılaşır. Yanıqdan sonrakı ilk 15-20 gün çox önəmlidir. Bu gün sarğılarını dəyişib yaralarını təmizlədik. Hələ də reanimasiyadadır. Bir neçə gün də dirəniş göstərə bilsə, yaxşıya doğru bir söz demək olacaq”. Bunu Modern.az-a Respublika Yanıq Mərkəzinin baş həkimi Vüqar Ələkbərov deyib.

Məlumat üçün bildirək ki, mayın 10-da Kürdəmir rayonu Qədimli kənd sakini, 37 yaşlı Sevil Bəkirova yaşadığı evin həyətində üstünə neft tökərək özünü yandırıb. Səbəb ailədə yaranan müanqişə və qayınananın gəlini təhqir etməsi olub. Vəziyyəti ağır olan qadın dərhal Bakıya gətirilərək Respublika Yanıq Mərkəzinə yerləşdirilib.  

 

Gülşən RAUFQIZI  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı