Azercell Telekom MMC abunəçiləri üçün hazırladığı endirimli tarif paketlərini və sərfəli kampaniyalarını davam etdirir.Yay mövsumu ilə əlaqədar xarici ölkələrə istirahət üçün üz tutanları nəzərə alan şirkət bu dəfə rominq xidmətlərində endirimlər etdi. Belə ki, mayın 21-dən etibarən Azercell-in abunəçiləri rominq xidməti çərçivəsində Rusiya, Türkiyə, Gürcüstan və Almaniyada endirimli tariflərdən faydalana bilərlər. İndi Azercell abunəçiləri Rusiya, Türkiyə və Almaniyada olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödəyəcəklər. Gürcüstanda səfərdə olan abunəçilərin danışıq haqqı isə 1 dəqiqə üçün 47 dəqiqə tarifi ilə hesablanacaq.
| Ölkə | Xidmətin növü | Ölçü vahidi | Xidmət haqqı AZN (ƏDV daxıl) |
| Rusiya | Bütün istiqamətlərə zəng | Bir dəqiqə | 0.90 |
| Türkiyə | 0.90 | ||
| Almaniya | 0.90 | ||
| Gürcüstan | 0.4 |
Qeyd edək ki, indiyə kimi “Azercell Telekom” MMC 159 ölkənin mobil rabitə operatorları ilə 444 rominq sazişi bağlayıb.
Modern.az