Modern.az

Azərbaycan filmi Kann festivalında nümayiş olunub

Azərbaycan filmi Kann festivalında nümayiş olunub

Təhsil

23 May 2014, 17:27


Modern.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, bu gün Azərbaycan kinosu tarixində ilk dəfə olaraq Kann festivalının əsas müsabiqələrindən olan "Qısa metr" proqramına daxil olmuş, dövlət sifarişi ilə "Azərbaycanfilm" kinostudiyası və "Buta films" şirkətinin birgə çəkdikləri "Sonuncu" bədii filminin nümayişi olub.

Ümumilikdə doqquz filmin daxil olduğu "Qısa metr" müsabiqə proqramının beş filmi bu gün nümayiş etdirilib və Azərbaycan filmi sonda - beşinci film olaraq tamaşaçılara təqdim olunub. Filmlər arasında izləyicilərin ən çox alqışlarını da məhz "Sonuncu" filmi qazanıb. Nümayişdən sonra filmlərin rejissorları səhnəyə dəvət olunub, dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostami başda olmaqla münsiflər heyəti tamaşaçılara təqdim edilib. Müsabiqənin nəticələri isə mayın 24-də festivalın bağlanış mərasimində məlum olacaq.

Qeyd edək ki, "Sonuncu" filminin rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov və Aleksandr Krasavin, prodüserləri Mariya İvanova, Nəsib Priyev və Müşfiq Hətəmovdur. Filmdə İdris Rüstəmov və Corc Qafarov kimi aktyorlar çəkiliblər.

 

Misranə Həsənzadə

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı