Modern.az

Milli Məclisdə hazırlanan daha bir qanun böyük mübahisə doğura bilər

Milli Məclisdə hazırlanan daha bir qanun böyük mübahisə doğura bilər

Təhsil

23 May 2014, 17:39

“Yaradıcı təşkilatlar və yaradıcı şəxslər haqqında” qanun layihəsi hazırlanır. Bu barədə Modern.az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. O bildirib ki, hazırda Komitədə bir sıra qanunlar üzərində iş gedir. Onlardan biri də sözügedən layihədir.

“Bundan başqa, böyük mədəniyyət mərkəzlərinin qorunması ilə bağlı, muğam və aşıq sənəti ilə bağlı qanun layihələrimiz var. Həmçinin kulinariya mədəniyyəti ilə bağlı qanun layihəsi üzərində iş gedir. “Yaradıcı təşkilatlar və yaradıcı şəxslər haqqında” qanun layihəsi ilə bağlı bir neçə yerdə problem var. Odur iki, layihəni gündəmə gətirməmiş həmin problemləri həll etmək istəyirik”.

N. Cəfərov deyir ki, yaradıcı şəxs fenomen olduğundan istər-istəməz ümumi hüquqlardan başqa onların yaradıcı hüquqları da var. Bundan başqa yaradıcılıq ittifaqları var ki, onlar təkcə ictimai təşkilat deyil, həm də bu mədəniyyət yaradıcı qurumlardır. “Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı və s. milli mədəniyyətin formalaşmasında böyük təsirə malikdir. Onlar tarixi təşkilatlardır və dövlət tərəfindən maliyyələşir. Lakin zaman-zaman yeniləri də yaranır. Amma yeni təşkilatlar yarananda hər qurum dövlət tərəfindən maliyyələşməlidirmi? Bax problem budur. Ona görə də bu məsələnin müzakirəsi gedir. Biri var tarixən yaranmış, millətin mədəniyyətində yeri olan təşkilatın maliyyələşməsi, biri də var yeni yaranmış, təcrübəsiz, məhsuldarlığının nə qədər olacağı bilinməyən bir təşkilatın maliyyələşməsi. Bütün bu məsələlərin qanunda həll edilməsinə çalışacağıq”.

 

Gültəkin ƏLƏSGƏR

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı