Rusiya prezidenti Vladimir Putinin fikrincə, Viktor Yanukoviç Ukraynanın legitim prezidenti olaraq qalır: “Kobud şəkildə desək, qüvvədə olan Konstitusiyaya görə seçki keçirmək olmaz, ona görə ki, Yanukoviç vəzifəsindən uzaqlaşdırılmayıb. Daha sərt şəkildə desək, Konstitusiyaya görə o fəaliyyətdə olan prezidentdir”. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda çıxış edən Vladimir Putin deyib: “Vəzifədən uzaqlaşdırmanın cəmi 4 üsulu var. Ölüm-mən belə ehtimal edirəm ki, əlbəttə, məhv etmək istəyiblər. İkincisi, xəstəlikdir, hansı ki, vəzifənin öhdəsindən gəlməyə imkan vermir. Üçüncüsü, impiçmentdir, o da Konstitusiyaya uyğun olaraq keçirilməyib. Nəhayət, dördüncüsü, şəxsin özünün istefa verməsidir”.
Putin onu da qeyd edib ki, “daha ağıllı” variant referendum keçirməklə Konstitusiyanı dəyişib bunun əsasında hakimiyyətin yeni orqanlarını formalaşdırmaq, o cümlədən yeni parlament və yeni prezident seçmək idi.Ancaq onun sözlərinə görə, Rusiya seçkilərdən sonra Ukraynanın yeni hakimiyyətinin strukturları ilə işəyəcək: “Düşünürəm ki, seçki keçiriləndən sonra tezliklə hərbi əməliyyatlar da dayandırılacaq”.
Modern.az