“Azərbaycanın AŞPA Nazirlər Komitəsinə sədrlik etməsi Müsavatın qurultayla bağlı probleminə müsbət təsir edə bilər”. Bunu Modern.az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. O bildirib ki, Azərbaycanın AŞPA Nazirlər Komitəsinə sədrlik etməsi Müsavat və digər siyasi partiyalar üçün müsbət şərait yarada bilər: “Eyni zamanda Azərbaycanın AŞPA Nazirlər Komitəsinə sədrlik etməsi Müsavatın qurultayla bağlı probleminə müsbət təsir edə bilər. Avropa Şurasına sədrlik edən ölkədə siyasi problemlər olmamalıdır. Siyasi partiyalar haqqında qanun tam şəkildə işləməlidir. Amma təəssüflər olsun ki, Azərbaycan reallığı buna imkan vermir. Ümid edirik ki, hakimiyyət bundan nəticə çıxaracaq”.
G. Aslanlı qeyd edib ki, Müsavat Partiyasının qurultayı ilə bağlı atılacaq addımları Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi müəyyənləşdirəcək.
Modern.az