Modern.az

Ramil Usubov Bərdədə orqanlarda işləmək istəyən gənclərlə görüşəcək

Ramil Usubov Bərdədə  orqanlarda işləmək istəyən gənclərlə görüşəcək

Təhsil

23 May 2014, 18:22

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin may ayının 31-də saat 10:00-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Coranboy, Naftalan və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, eyni zamanda, qeyd olunan rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifəsində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idmançı cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli şəxslər də qəbulda iştirak edə bilərlər. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Boyu 180 santimetrdən aşağı olan vətəndaşların işlə təmin olunmaları ilə əlaqədar müraciətlərinə baxılmayacaq.   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı