
Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncamla Anar Kərimov Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə A. Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Bu təyinata qədər Anar Kərimov Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili olub.
Modern.az