Modern.az

Bakıda peyda olan "Range Rover" Ermənistan nömrəli deyilmiş - FOTOLAR

Bakıda peyda olan "Range Rover" Ermənistan nömrəli deyilmiş - FOTOLAR

Təhsil

23 May 2014, 22:58

Mayın 23-də Azərbaycanın əksər internet KİV-ləri Bakı şəhərində Ermənistana məxsus nömrə ilə "Range Rover" markalı avtomobilin peyda olduğu barədə xəbər və fotoşəkil yayıb.

Ancaq Modern.az saytı araşdırma apararaq müəyyən edib ki, həmin nömrə Ermənistana məxsus deyil. Belə ki, Ermənistana məxsus avtomobil nömrələrinin üzərində rəqəmlərdən öncə bu ölkənin adı qısaca olaraq “am” hərflərilə qeyd edilir, dövlətin bayrağı isə dairəvi şəkildə göstərilir.

Ancaq Bakıda çəkilən fotoşəkildəki avtomobil nömrəsində bunlar yoxdur. Araşdırmamaızdan sonra belə məlum oldu ki, Bakıda peyda olan "Range Rover"in nömrəsi özünü müstəqil dövlət elan etmiş qondarma "Dnestryanı Respublika"sına məxsus avtomobillərin nömrə nişanlarına bənzəyir. Bu separatçı "respublika" Moldovadan ayrılaraq özünü müstəqil elan etsə də, onu yalnız Rusiya dəstəkləyir.


Ermənistana məxsus avtomobil nömrələri aşağıdakı şəkillərdəki kimidir:







Qondarma "Dnestryanı Respublika"sına məxsus avtomobillərin nömrə nişanları aşağıdakılardı:







A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı