“Bacarıqlı Əllər Dünyası” İctimai Birliyi Azərsun Holdinq ilə birlikdə “Əllərin möcüzəsi” adlı yeni layihəyə start verib. “Əllərin möcüzəsi” adlı bu layihə Maştağa qəsəbəsindəki 1 saylı Ruhi Əsəb Dispanserində həyata keçirilir. Layihə çərçivəsində dispanserdə müalicə alan şəxslərə əl işləri öyrədilir, onların bacarıqları üzə çıxarılır. Reablitasiya məqsədi ilə öyrədilən əl işləri ilə yanaşı insanlara rəssamlıqda öyrədilir. Layihə müddətində ev şəraitində fiziki qüsurlu şəxslərə də əl işləri öyrədiləcək.
“Çətin və məsuliyyətli layihə inanırıq ki, bundan əvvəlki layihələr kimi uğurla başa çatacaq. Layihə başa çatdıqdan sonra əl işi öyrədilən şəxslərin yaradıcılığından ibarət sərgi təşkil olunacaq”-deyə İB-dən bildirilib.
Qeyd edək ki, bu “Bacarıqlı Əllər Dünyası İB-nin Azərsun Holdingllə reallaşdırdığı ilk layihə deyil. “Bacarıqlı Əllər Dünyası" İctimai Birliyi və Azərsun Holdinq 2013-cü ildə birlikdə “Gələcəyini öz əllərinlə qur" adlı layihə həyata keçirib. Layihə çərçivəsində fiziki qüsurlu internat evlərində, Daun sindromlu insanlara, görmə qabiliyyəti zəif olan uşaqlara əl işləri və dil dərsləri öyrədilib.
Modern.az