Modern.az

Ukraynada seçkiqabağı sakitlikdir

Ukraynada seçkiqabağı sakitlikdir

Təhsil

24 May 2014, 12:32



Mayın 24-də saat 00:00-dan Ukraynada prezidentliyə namizədlərin seçkiqabağı təbliğat kampaniyası qadağan olunub. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, növbədənkənar seçki ərəfəsi “sükut günü” başlayıb. Artıq kommunal xidmət əməkdaşları ictimai yerlərdə seçkiqabağı təbliğat materiallarını da yığışdırırlar. Beləliklə, prezidentliyə namizədlərə seçicilərlə görüşmək, mitinq keçirmək, KİV-də təbliğat materialları yaymaq qadağandır.

Prezident seçkilərində 35,5 milyon nəfərin 33580 seçki məntəqəsində səs verəcəyi nəzərdə tutulub. Rəsmi kampaniyaya fevralın 25-də start verilib. Ali Rada seçkilərin keçirilməsinə 1 milyard 965 milyon qrivna ayırıb. Əvvəlcə prezidentliyə namizəd kimi 23 nəfər Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınıb. Onlardan ikisi namizədliyini geri götürüb. 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı