
İranda milyarder Meh-Afərid Xosrəvi bu gün paytaxt Tehranın Evin həbsxanasında dar ağacından asılaraq edam edilib.
Modern.az saytınınİran mətbuatına istinadən verdiyi xəbərə göörə, yerli məhkəmə milyarderi ölkə Cinayət Məcəlləsinə əsasən, rüşfətxorluq, çirkli pulların yuyulması, dələduzluq, hiyləgərlik və sair ittihamlarda təqsirləndirərək, ümumilikdə 2,6 milyard dolların mənimsənilməsində suçlayıb.
M.Xosrəvi İranda 25-dən artıq iri şirkətin sahibi idi. Mühakiməsi dörd il əvvəl başlayan milyarder haqqında edam hökmü üç il əvvəl verilib.
Baş prokuror Mohsen Əjeinin dediyinə görə, bir çox məhkəmə rəsmiləri və bank müdirləri də istintaqa cəlb ediliblər.
Qeyd edək ki, bu, İranda indiyədək törədilən ən böyük maliyyə cinayətidir.
Rafiq Qənbbərov