Modern.az

MDB Ukrayna seçkilərini boykot edir

MDB Ukrayna seçkilərini boykot edir

Təhsil

24 May 2014, 12:43

Sabah Ukraynada keçiriləc’k prezident seçkilərində ümumilikdə 2784 beynəlxalq seçki müşahidəçisinin iştirakı gözlənilir. Modern.az xəbər verir ki, seçkilərdə Rusiya Federasiyasından və MDB ölkələrindən heç bir müşahidəçi missiyasının iştirakı gözlənilmir.

Ukrayna Xarici İşlər nazirini müavini Andrey Olefirovun sözlərinə görə, seçkilərdə iştirak edəcək müşahidəçilər istədikləri dairə və seçki məntəqəsində səsverməni gedişini izləyə bilərlər. Xarici nümayəndələrin 2502-si beynəlxalq təşkilatlardan, 282-si isə ayrı-ayrı dövlətlərdən təşrif buyuracaqlar. O, xüsusən ATƏT-in Demokratik Təsisatlar Bürosunu və ATƏT Parlament Assambleyası kimi avtoritet qurumların seçkilərə dəvət olunduğunu vurğuladı.

Ukrayna Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak edəcək müşahidəçilərə səsvermədən əvvəl, səsvermə zamanı və səsvermədən sonra istənilən seçki məntəqəsini izləməyə və seçki protokollarının nüsxəsini tələb etmək hüquq verir.

Xarici İşlər Nazirliyi MDB ölkələrinin seçkilərə müşahidə missiyası göndərməməsinə də münasibət bildirib. “Yaxşı ya pis deməyəcəyik. Sadəcə faktı konstatasiya edirik ki, nə təşkilat kimi MDB-dən, nə də Rusiyadan rəsmi müşahidəçi qeydiyyatdan keçməyib. Səbəbləri bizə məlum deyil”-deyə diplomatik qurumdan bildirilib. Bu arada Rusiyanın müstəqil QHT-lərindən sayılan “SONAR” və “Müşahidəçi Vətəndaş” təşkilatları “Avropa Demokratik seçkilər uğrunda Platformu” tərkibində 800 könüllünü Ukrayna seçkilərinə ezam edəcək.

Xatırladaq ki, prezident seçkilərində 21 namizəd olacaq.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı