Modern.az

Sığorta haqda qanuna dəyişiklik edilir

Sığorta haqda qanuna dəyişiklik edilir

Eğitim

24 May 2014, 13:05

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna dəyişikliklər edilir. Dəyişikliklərə görə, sığortaçı sığorta ödənişini bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 faizi həcmində dəbbə pulu ödəyəcək.   

Modern.az xəbər verir ki, sözügedən qanuna dəyişiklik edilmiş maddəyə görə qanunun 9.1.4-cü maddəsində (sığorta hadisələri üzrə məlumatı əldə etmək, yoxlamaq və zəruri hallarda səlahiyyətli dövlət orqanlarına sorğular vermək) nəzərdə tutulmuş sorğulara səlahiyyətli dövlət orqanları yayılması “İnformasiya əldə etmək haqqında” Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidir.

Bundan başqa qanununa 16.5 maddəsi əlavə edilərək sığortaçı sığorta ödənişini bu Qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 faizi həcmində dəbbə pulu ödəyəcək.

 

Gültəkin ƏLƏSGƏR

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı