
“Mən Rauf Mirqədirovun öz atasının dəfn mərasimində iştirak etməsi üçün səhər saatlarında müraciət etdim. Müraciətimdən sonra müstəntiq İbrahim Ləmbəranski zəng vurub mərhum Həbibulla Mirqədirovun doğum tarixini dəqiqləşdirdi”.
Bunu Modern.az-a açıqlamasında R.Mirqədirovun vəkili Fuad Ağayev bildirib.
Daha sonra vəkil Rauf Mirqədirovun dəfndə iştirakına icazə verildiyini deyib.
Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı R. Mirqədirov dövlətə xəyanətdə şübhəli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ötən gün isə onun atasının yaşadığı mənzildə prokurorluq axtarış aparıb.
H. Mirqədirov bir müddət öncə isə oğlu ilə bağlı prezidentə müraciət etmişdi. Dünən isə Həbibulla Mirqədirovun evində axtarış aparılıb. Üstündən bir sutka keçməmiş isə o, yaşadığı mənzildə vəfat edib.
Gülşən RAUFQIZI