Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın vətəndaşı təpikləyən müşaviri Yusuf Yerkel vəzifəsindən azad edilib.
Modern.az Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki kömür mədənində baş verən faciə ilə əlaqədar baş nazir R.T. Ərdoğan bölgəyə səfər etmişdi. Onun səfəri zamanı etirazlar olmuşdu.
Hökumət başçısının müşaviri Y. Yerkel isə yerə yıxılan etirazçılardan birinə təpiklə zərbə vurmuşdu.
Modern.az