
Bu gün Türkiyədə baş verən 6,7 bal gücündə zəlzələ Antalyadan İstanbula qədər çox geniş bir bölgədə hiss edilib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun hər yerində hiss edilən zəlzələ böyük qorxu yaradıb.
Zəlzələ səbəbi ilə istanbullular qorxu içində küçələrə axışıblar. Zəlzələnin uzun sürməsi yaşanan çaxnaşmanı daha da artırıb.
Təximnən 20-25 saniyə davam edən zəlzələdə 30-dan ,ox adamın xəsarət aldığı bildirilir. yaralananlar əsasən Çanakkaladandırlar, onlar xəstəxanaya yerləşdiriliblər.Türkiyənin Avropa hissəsində - Ədirnə, İstanbul, İzmir və Çanaqqalada hiss edilən zəlzələ episentrə yaxın ərazilərdə binaların çat verməsinə və əhalinin küçələrə çıxmasına səbəb olub. Telefon rabitəsi kəsilib və internetin fəaliyyətində müəyyən ləmgimələr yaşanıb. Egey dənizində suanmi təhlükəsinin ola biləcəyi ehtimal olunur. Bütün dövlət qurumları gücləndirilmiş iş rejimində fəaliyyətə keçiblər.

Modern.az