Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev 2014-cü il, 08-23 may tarixlərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Almaniyanın Berlin şəhərində keçirilən 3-cü qurultayında Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının vitse prezidenti seçilib.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bu münasibətlə AHİK sədrini təbrik edib. Umud Rəhimoğlunun sözlərinə görə “Azərbaycanda ən nüfuzlu vətəndaş cəmiyyəti təşkilatlarından olan AHİK-in bu uğuru ümumilikdə ölkəmizin, dövlət və dövlətçiliyimizin inkşafı, Azərbaycanın beynəlxalq aləmdə imkanlarının genişləndirilməsi baxımından qürur duyulası bir hadisədir”.
“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin, 161 ölkədən 178 milyon üzvü özündə birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə seçilməsi doğurdan da böyük qələbədir. Bu həm də Azərbaycanda dövlətin vətəndaş cəmiyyətinə olan qayğısının bariz nümunəsidir”- deyən Umud Rəhimoğlu bu nailiyyət münasibəti ilə AHİK –in sədri cənab Səttar Mehbalıyevi, AHİK üzvlərini və əməkdaşlarını ürəkdən təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzu edib.
Modern.az