Ermənilər həmişə olduğu kimi, ötən gecə də cəbhədə baş vermiş insidentə görə Azərbaycan tərəfini ittiham edib. Modern.az-ın məlumatına görə, “ArmToday” saytı hücumun ermənilər tərəfindən deyil, əksinə, Azərbaycan hərbçilərinin təşkil etdiyini iddia edib.
Erməni mətbuatı Ermənistan Ordusunun bir itki verdiyini bildirib. Qeyd olunur ki, 1995-ci il təvəllüdlü əsgər Erik Qasparyan öldürülüb.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə Azərbaycan postuna basqın etməyə cəhd göstərib. Hər iki tərəfdən itki var.