Modern.az

İlham Əliyev təzə açılan yolda maşın sürdü - FOTOLAR

İlham Əliyev təzə açılan yolda maşın sürdü - FOTOLAR

Təhsil

28 May 2014, 17:55

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Neftçala rayonuna səfərini başa çatdırdıqdan sonra əsaslı şəkildə yenidən qurulmuş Tağıyev-Sahil avtomobil yolunun açılışında iştirak edib.

Nəqliyyat naziri Ziya Məmmədov Tağıyev-Sahil avtomobil yolunun bərpası layihəsi əsasında görülən işlər barədə İlham Əliyevə məlumat verib. Qeyd edib ki, ümumi uzunluğu 42 kilometrə yaxın olan yolun tikinti-quraşdırma işləri Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında bağlanmış Saziş çərçivəsində maliyyələşdirilib.

Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, eni 15 metr olan yolun uzunluğu qovşaqlar da daxil olmaqla 48 kilometrdir. Avtomobil yolunun bərpasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunub. Layihəyə uyğun olaraq 11 yeni körpünün, 45 suötürücünün və 4 keçidin inşası başa çatdırılıb.

Dövlət başçısı Tağıyev-Sahil avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti yenidən qurulmuş yolda avtomobili idarə edib.

Sonra Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri (9-10 kilometr) hissəsinin yenidən qurulması, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsinin genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması, Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolunun və Bakı dairəvi yolla birləşmə layihələri ilə tanış olmaq üçün Biləcəri qəsəbəsinin ərazisinə gəlib.

Nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, 1,5 kilometrlik yolun hərəkət hissəsi 8 zolaqlı olacaq. Asfalt-beton işlərinin aparılması üçün hazırlıq tədbirləri görülür.

Layihə həyata keçirildikdən sonra respublikanın şimal-qərb bölgəsindən Bakıya, eləcə də Lökbatan-Xocasən istiqamətinə hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yollarına çıxışı asanlaşacaq.

Sonra Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsinin genişləndirilməsi, yeni körpülərin inşası və mövcud körpülərin yenidən qurulması layihəsi əsasında görülən işlər barədə dövlət başçısına məlumat verilib.

Daha sonra Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolunun və Bakı dairəvi yolla birləşmə layihəsi barədə məlumat verilib. Bildirilib ki, 1,4 kilometr uzunluğu olan Bakı Stend Atıcılığı İdman Kompleksi avtomobil yolu və bir kilometrlik Bakı dairəvi yolla birləşmə yolu ən müasir standartlara uyğun şəkildə inşa ediləcək. Bakı dairəvi yolla birləşmə yolunda eni 9, uzunluğu 230 metr olan yeni körpünün inşası da nəzərdə tutulur.

Layihələrlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.







Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı