Modern.az

Patrisiya Kaas Heydər Əliyev Mərkəzində - FOTOLAR

Patrisiya Kaas Heydər Əliyev Mərkəzində - FOTOLAR

Təhsil

28 May 2014, 21:10

Dünya şöhrətli fransız müğənnisi Patrisiya Kaas mayın 28-də Heydər Əliyev Mərkəzində olub. Mərkəzdən Modern.az-a verilən məlumata görə, müğənni Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən eksponatlarla, eyni zamanda “Azərbaycan inciləri: tarixin axarında” sərgisində Azərbaycanın qədim tarixi ilə tanış olub.

Patrisiya Kass daha sonra Mərkəzdə hazırda nümayiş olunan sərgiləri izləyib. Müğənni, həmçinin məşhur fotoqraf Anri Kartier-Bressonun mayın 26-da açılan “Paris” adlı fərdi sərgisində olub.

 

  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı