Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümü günü Gəncədə daha bir istirahət mərkəzinin – İstiqlal parkının açılışı olub. Modern.az xəbər verir ki, parkın girəcəyində hündürlüyü 15 metr olan abidənin ətrafına 250 kvadratmetr qranitdən döşəmə salınib. Abidənin İlham Əliyevin cümhuriyyətlə bağlı fikirləri və Gəncədə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qəbul etdiyi qərarlar haqqında məlumat həkk olunub.
Şəhər ictimaiyyəti nümayəndələrinin, eləcə də bu ərazidə yaşayan minlərlə sakinintoplaşdığı açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra abidə önünə əklil qoyulub. Gəncə Şəhərİcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərasimdə çıxış edib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay müddətində gördüyü böyük görüb və həmin dövrü tarixi hadisə kimi səciyyələndirmək olar.
Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün çox az olduğunu qeyd edən Elmar Vəliyev qeyd edib ki, Azərbaycan yalnız ikinci dəfə həqiqi müstəqilliyinə qovuşub ki, bu da görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olub. Onun ikinci dəfə siyasi hakimiyyətə gəlməsi xalqı bütün bəlalardan qurtararaq ağ günlərə çıxarib. İndi ulu öndər Heydər Əliyevin başladığı böyük işləri onun özü qədər inandığı varisi Prezident İlham Əliyev uğurla aparır. Ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan nəinki Qafqazda, eləcə də dünya birliyi ölkələri arasında böyük nüfuza malikdir.
Respublikada gedən sürətli inkişafı Gəncənin timsalında nümunə çəkən Elmar Vəliyev son bir neçə ildə şəhərdə görülən genişmiqyaslı abadlıq və quruculuq işlərini də mərasim iştirakçılarının diqqətinə çatdıraraq demişdir ki, dövlət başçısının diqqət və qayğısı ilə görülən genişmiqyaslıabadlıq işləri bundan sonra da sürətlə davam etdiriləcəkdir.
Mərasim Heydər Əliyev park-kompleksində amfiteatrda böyük bayram konserti ilədavam edib.




Modern.az