Modern.az

Putin Rusiya qoşunlarının Ukraynaya yeridilməməsinə qərar verdi

Putin Rusiya qoşunlarının Ukraynaya yeridilməməsinə qərar verdi

Təhsil

24 İyun 2014, 15:51


Prezident Vladimir Putin “Rusiya qoşunlarının Ukraynada istifadə olunmasına dair” Federasiya Şurasının qəbul etdiyi qərarın ləğv olunması üçün Şura sədri Valentina Matvinekonun adına məktub yollayıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Putin bu addımı Ukraynanın Cənub-Şərqindəki situasiyanın sabitləşməsi üçün atıb. Federasiya Şurasına məktub yolladıqdan dərhal sonra Vladimir Putin Vyanaya səfərə yola düşüb.

Federasiya Şurası Ukraynada Rusiya qoşunlarının istifadə olunmasına verilən icazənin ləğvi ilə bağlı qərarı iyunun 25-də verməlidir.

Xatırladaq ki, bu ilin martında Federasiya Şurası Rusiya qoşunlarının Ukraynadakı ictimai-siyasi situasiyanı sabitləşdirmək üçün prezident tərəfindən istifadə olunmasına icazə vermişdi.    

Vüqar İsmayılov   

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı