Modern.az

DİN-dən axtarışda olan cərrah barədə açıqlama: “Elçin Məmmədov barədə məlumatsızıq”

DİN-dən axtarışda olan cərrah barədə açıqlama: “Elçin Məmmədov barədə məlumatsızıq”

Təhsil

14 İyul 2014, 18:37

“Daxili İşlər Nazirliyinin informasiya şöbəsində Elçin Vəli oğlu Məmmədov barədə məlumat yoxdur. Elə bir adam Rusiya tərəfindən axtarılırsa, Azərbaycan hüquq-mühafizə orqanlarına məlumat verilə və müvafiq tədbir görülərdi”.

Bunu Modern.az-a DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

Qeyd edək ki, Rusiyanın “Komsomolskaya Pravda” qəzetinin apardığı jurnalist araşdırmasına əsasən, keçirdiyi əməliyyatlar zamanı bir pasientinin ölümünə, daha bir neçəsinin isə ağır travmalar, o cümlədən komaya düşməsinə səbəb olan azərbaycanlı cərrah Elçin Məmmədov barəsində Moskvanın Simonovsk rayon məhkəməsi qiyabi həbs qərarı çıxarıb. Cərrahın Azərbaycanda gizləndiyi ehtimal olunur.

 

Gülşən RAUFQIZI 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!