Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərlə görüşündə bildirib ki, yeni tədris ili ərəfəsində səkkiz məktəb binası əsaslı təmirdən sonra istifadəyə veriləcək. İlin sonuna kimi Gəncə şəhərində 15-ə yaxın körpələr evi-uşaq bağçası yenidən qurulacaq. Avadanlıq və inventarla təchiz ediləcək.
Modern.az saytı xəbər verir ki, ümumilikdə, 2014-cü ilin sonuna kimi Gəncə şəhərində 20 binanın açılışı gözlənilir.
Qeyd edək ki, yeni inşa edilən şəhər Təhsil İdarəsinin inzibati binasının tikintisi başa çatdırılıb və ətrafında abadlıq işləri aparılır.
Gülşən RAUFQIZI