Modern.az

Təhsil Nazirliyi yeni nazir müavininin bioqrafiyasını açıqladı

Təhsil Nazirliyi yeni nazir müavininin bioqrafiyasını açıqladı

Təhsil

21 İyul 2014, 10:32


Təhsil Nazirliyi bu qurumda gerçəkləşmiş yeni nazir təyinatı ilə bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, ölkə prezidentinin 2014-cü il 18 iyul tarixli sərəncamı ilə Qurbanov Firudin İsa oğlu Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilib.

Firudin Qurbanov 1952-ci ildə anadan olub. 1974-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu xalq təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini, 1988-ci ildə dosent elmi adını alıb. 

Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda başlayıb, 1982-ci ilə kimi burada çalışıb. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında, 1989 – 1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında işləyib.

1994–2007-ci illərdə Gənclər və İdman Nazirliyində Elm və təhsil şöbəsinin müdiri, 2007-ci ildən son təyinatadək Mədəniyyət  və Turizm Nazirliyi Aparatının rəhbəri olub.

2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı