Modern.az

Jurnalistlərə Həsən bəy Zərdabi mükafatı verildi

Jurnalistlərə Həsən bəy Zərdabi mükafatı verildi

Təhsil

21 İyul 2014, 15:16

Milli Mətbuat Günü münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin «Zərdabi» mükafatı iyulun 21-də təqdim edilib.

Ümumilikdə mükafat 8 nəfərə verilib - Arifə Kazımova(AzadlıqRadiosu), Nəcibə Bağırzadə (publisist), Aynur Elgünəş (Azadlıq Qəzeti), Təranə Məmmədova(AzTV), Həsən Həsənov (Xalq qəzeti), Bəkir Nərimanoğlu (mediaforum.az), Famil İsmayılov(BBC), Baba Mirzəxanlı («Region Şəki» qəzeti).

«Zərdabi» mükafatı 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevın təşəbbüsü ilə təsis olunub. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində seçilir. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı