Modern.az

Şəhid gizirimizin medalı oğluna verildi - FOTO

Şəhid gizirimizin medalı oğluna verildi - FOTO

Təhsil

3 Avqust 2014, 22:47

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən, iyulun 31-də şəhid olmuş gizir Almazov İsa Ziyad oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib

1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir İsa Almazov iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
4 uşaq atası olan şəhid Qazax rayonu Böyük Cəfərli kəndində torpağa tapşırılıb. Dəfndə rayon rəhbərliyi, Hərbi Hissə komandiri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Dəfn zamanı yaylım atəşləri açılıb. Qohumlarının verdiyi məlumata görə, şəhid İsa Almazovun əkiz qızlarının hələ 1 yaşı tamam olmayıb.

Modern.az-ın məlumatına görə, avqutun 3-də şəhidin üç mərasimi keçirilib. General-leytenant, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərov gizir şəhid Almasov İsa Ziyad oğlunun hərbi xidmətdə göstərdiyi şücaətə görə təlitif edildiyi medalı şəhidin oğluna təqdim edib.





Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı