Modern.az

ParkCinema əlaçıları sevindirəcək

ParkCinema əlaçıları sevindirəcək

Təhsil

15 Oktyabr 2014, 11:16
Azərbaycanın ən böyük kinoteatr şəbəkəsi olan “ParkCinema” ilə Azərbaycan Respublikası Bakı şəhəri üzrə Təhsil idarəsi arasında əməkdaşlıq layihəsi davam edir. Kinoteatrın mətbuat xidmətinin məlumatına görə, bu ilin oktyabr ayından hər gün 1000-dən çox şagird “Park Cinema”da pulsuz olaraq yeni cizgi filmlərini izləmək imkanı qazanacaq. Bu kampaniya Bakının məktəblərində uğur qazanan və ictimai fəal şagirdlərə aid edilir. Bu aksiya ictimai məsuliyyət çərçivəsində keçirilir və Bakı məktəblərində təhsil alan şagirdlərdə təhsilə olan həvəsi artırmaq üçün yaradılan kommersiya və ictimai sektorun əməkdaşlığının bariz nümunəsidir. Bu, “Park Cinema” və Təhsil Nazirliyi arasında olan ilk layihə deyil, belə ki, başlanğıc layihə bu ilin mart ayında keçirilib. Kinoteatr şəbəkəsinin rəhbərliyi gələcəkdə də təhsil və əyləncə sektorunun əməkdaşlığına yönəlmiş iri miqyaslı layihələrin keçirilməsi və Bakı şəhərinin ictimai həyatında daha fəal iştirakının tərəfdarıdır.

Ölkənin ilk yeni nəsil kino şəbəkəsi “Park Cinema” 2010-cu il oktyabr ayının 16-da fəaliyyətə başlayıb. Şəbəkə hazırda 3 kinoteatr, 13 otaq və 2200-dən artıq oturacaqlardan ibarətdir. Tezliklə Zaqulbada yeni kinoteatrın və möhtəşəm Alov Qüllələrində isə Azərbaycanda çoxdan gözlənilən və ilk dəfə IMAX formatında olan kinoteatrın açılışı gözlənilir.

“Park Cinema” kinoteatr şəbəkəsi kinoproyeksiya sahəsində dünyasının ən aparıcı markalarının texnologiya və avadanlıqlarından istifadə edib. Kinoteatr şəbəkəsi və repertuarı haqqında ətraflı məlumatı www.parkcinema.az rəsmi saytından və Facebook sosial şəbəkədə olan səhifədən ala bilərsiniz.

Fərəh Sabirqızı

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı