Modern.az

Osetinlərin azərbaycanlılarla dava-dalaşının əsl səbəbi bilindi

Osetinlərin azərbaycanlılarla dava-dalaşının əsl səbəbi bilindi

Təhsil

9 Avqust 2010, 14:34

Dünən Moskvada, satıcıların əksəriyyətini lənkəranlılar təşkil edən “Moskvoreçiyski” bazarında azərbaycanlılarla osetinlər arasında kütləvi dava-dalaş olub. Moskovadakı azərbaycanlıların Modern.az-a verdikləri məlumata görə, dava-dalaşa səbəb bir azərbaycanlı satıcının osetin millətindən olan alıcıya çürük meyvə satması olub.

Belə ki, bazardan aldığı meyvənin evə gedəndən sonra çürük olduğunu bilən osetin bir dəstə yerlisi ilə geri qayıdaraq satıcı ilə mübahisə edib. Mübahisə böyüyərək dava-dalaşa çevrilib. Bu zaman osetinlrdən biri pnevmatik tapançadan atəş açıb. Pnevmatik tapanaçadan açılan rezin güllələrdən biri soydaşlarımızdan birini yüngül yaralayıb.  Milislərin davaya müdaxiləsindən sonra ara sakitləşib. Milis osetinləri həbs edib. Rəhbərlik isə bazarı bağlandığını bəyan edib. Hazırda bazarın qapıları bağlanıb. Orada alver edən soydaşlarımız isə bazar qapısı ağzına yığışaraq vəziyyətin aydınlaşmasını gözləyirlər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı