Modern.az

Tacikistanda terrorçu lider həbs olunub

Tacikistanda terrorçu lider həbs olunub

Təhsil

11 Noyabr 2014, 17:09

 

Tacikistan hüquq-mühafizə orqanları “Camoati Ənsarullah” (Tanrı taxtının yanında) terror qruplaşmasının lideri Nəcməddin Şəmsiyevi həbs edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Tacikistan Daxili İşlər Nazilriyinin yaydığı məlumatda terrorçu qruplaşma lideri öz evində həbs olunub. Şəmsiyevin evindən çoxlu sayda silah-sursat, partlayıcı maddə və dini ədəbiyyat müsadirə olunub.

Yaxın saatlarda ona qarşı ölkənin konstusion quruluşuna qarşı çevriliş etmək cəhdi ilə bağlı ittihamların irəli sürüləcəyi deyilir.

Tacikistan Daxili İşlər Nazirliyi ilin əvvəllərindən ölkədə 20 mütəşəkkil cinayətkar qruplaşmanı və onların 79 ekstremist üzvünü zərərsizləşdirdiyini bildirib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı