Modern.az

Azərbaycan idmançıları Olimpiadada qızl medallar qazanıblar

Azərbaycan idmançıları Olimpiadada qızl medallar qazanıblar

Təhsil

16 Avqust 2010, 10:24

Azərbaycan idmançıları Sinqapurda keçirilən yeniyetmələr arasında Olimpiadanın ilk günündə iki qızıl medal qazanıblar.
Yunan-Roma növündə güləşən Murad Bazarov (42 kq) və Elman Muxtarov (50 kq) finalda Kuba və Özbəkistandan olan rəqiblərini məğlub edərək yeniyetmələr arasında Birinci Yay Olimpiya Oyunlarının qalibi olublar. 

Sinqapurda Yeniyetmələrin I Yay Olimpiadası start götürüb. Olimpiadada 30 idman növü üzrə dünyanın 3600-dən çox idmançısı medal uğrunda mübarizə aparır.

Qeyd edək ki, ölkəmizi Olimpiadada 12 idmançı təmsil edir. Yarışda 15 yaşdan 18 yaşadək idmançılar mübarizə aparır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...