Nigeriyanın Kano şəhərində məscidlərin birində terror aktı törədilib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, məsciddə ayrı-ayrılıqda 3 partlayış olub.
İlkin məlumatlara görə terror hadisəsi nəticəsində 120 nəfər ölüb, 270 nəfər isə yaralanıb. Hadisə ilə bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.Lakin hadisəni “Bako Haram” terrorçu qruplaşmasının törətdiyi güman edilir. Nigeriyada silsilə terror hadisələrinin baş verdiyi ölkələrdəndir.
Modern.az