Modern.az

Sabah gözlənilən hava PROQNOZU

Sabah gözlənilən hava PROQNOZU

Təhsil

29 Noyabr 2014, 12:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam çiskinli, az yağıntı olacağı gözlənilir. Gündüz arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz  6-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 769  mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi  rütubət  gecə 75-80,  gündüz 60-70 faiz  təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta,  gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti olacağı gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı