Modern.az

IMAX Azərbaycana gəldi

IMAX Azərbaycana gəldi

Təhsil

4 Dekabr 2014, 12:45

Beşmərtəbəli bina boyda ekranı olan kinoteatr artıq Bakıda

Azərbaycanda ilk dəfə olaraq IMAX kinoteatrının açılışı olacaq. Bu haqda “Park Cinema” kinoteatrlar şəbəkəsindən məlumat Bakupost.az-a daxil olub. Dekabrın 11-dən etibarən IMAX öz möhtəşəmliyi ilə seçilən “Flame Towers”-də qapılarını qonaqların üzünə açacaq. Bununla da Azərbaycanın film sənayəsində yeni mərhələ başlayacaq. Qafqaz regionu üzrə ilk dəfə Azərbaycanda açılan bu kinoteatr yalnız böyük ekran, kristallik görüntü və güclü səs effekti ilə deyil, həm də ən son texnologiyası ilə film pərəstişkarlarını sevindirəcək.

IMAX-ın əsas xüsusiyyətlərindən olan böyük ekran, rəqəmsal səs sistemi və böyük 3D texnologiyası filmi daha real edir. IMAX-ın nəhəng və kristallik görüntülü ekranı beş mərtəbəli bina hündürlüyündədir. IMAX zallarında oturacaqlarla ekran arasındakı məsafədən asılı olmayaraq, izləyicilər ekranın çərçivəsini hiss etməyəcək və nəticədə film, insanlarda daha real effekt yaradacaq.

Siz özünüzü sevdiyiniz qəhrəmanların arasında hiss edəcəksiniz! “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev əmindir ki, Azərbaycanda İMAX açılışı bu ilin unudulmaz hadisələrindən biri olacaq: “ Unikal texnologiya, nəhəng hündürlük və enə sahib olan IMAX ekranı film izləyənlərdə tam fərqli təəssüratlar yaşadacaq”. Hazırda İMAX Kristofer Nolan, Ceyms Kameron, Maykl Bey,Tim Berton, Piter Cekson kimi aktyorlarla işləyir. Bu da öz növbəsində bütün fraqmentləri IMAX kamerası ilə çəkməyə imkan verir.

Azərbaycanda isə IMAX kinoteatrının açılışı Piter Ceksonun “Xobbit” –“Beş ordunun döyüşü” filmi ilə başlayacaq. Kinomanlar bu filmin son bölümünü digər kinoteatrlardan fərqli olaraq həm bir həftə əvvəl, həm də ilk dəfə IMAX formatında izləyə biləcəklər.

F.Əliyeva

 
Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?