Modern.az xəbər verir ki, dekabrın 5-də saat 14:00-da Beynəlxalq Mətbuat Mərkəzində şair-publisist Elçin Mirzəbəylinin “Sevgi məktubları” kitabının və onun eyni adlı şeirinə bəstələnmiş “Gəl sevdalım” mahnısının təqdimatı olacaq.
“Gəl sevdalım” mahnısının musiqisi gənc ifaçı Ülvi Nuriyə məxsusdur. Gənclərin istəyi ilə kiçik formatda çap olunan və yalnız sevgi şeirlərindən ibarət olan “Sevgi məktubları” Elçin Mirzəbəylinin sayca 5-ci kitabıdır. Elçin Mirzəbəyli “Azadlıq” marşının müəllifidir. Şairin sözlərinə bəstələnmiş manhıların sırasında “Ürəyim yanar” (Abbas Əhməd), “Biz sənə səs veriririk” (Hikmət Mirməmmədli), “Sevda yolu”, “Səni unutmadım” (Hatəm Nəbioğlu), “Bezdim” (Mahir İbrahimov) mahnılarını qeyd etmək olar.Elçin Mirzəbəylinin şeirləri Türkiyə, İtaliya, Rusiya və Özbəkistanda çap olunub.
Modern.az