
Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Mark Pritçard zorlama ittihamı ilə həbs olunub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, ötən gün həbs olunan deputat böyük məbləğdə pul ödədikdən sonra 2015-ci ilin yanvarına qədər zaminə buraxılıb. Cinayət işinin araşdırması davam etdirilir.
Britaniyalı parlamentarinin zorlamada ittiham olunması birinci belə hal deyil. 2013-cü ildə parlamentin vitse spikeri Naycel Evans bir neçə kişni zorlamaqda ittiham olunduğu üçün vəzifəsindən könüllü istefa vermişdi.
Modern.az