Modern.az

İŞİD-dən ilhamlanaraq başlar kəsdi

İŞİD-dən ilhamlanaraq başlar kəsdi

Təhsil

4 Dekabr 2014, 21:00


Braziliyada polisin həbs etdiyi bir nəfər İŞİD terrorçu təşkilatının baş kəsmə edamlarından ilhamlanaraq bir neçə nəfəri öldürüb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, qurbanlarını balta ilə öldürən 23 yaşlı bir şəxsin evində başı kəsilmiş cəsədlər tapılıb. Hadisə Braziliyanın Moqi das Kruzez şəhərində olub. Məlumata görə qatilin qurbanının başını kəsməsinə təsadüfən şahidlik edən şəxs polisə müraciət edib.

Qatilin öldürdüyü 6 şəxsin cəsədini tapıb. Polisin verdiyi açıqlamaya görə İŞİD-dən ilhamlanan qatil 36 nəfəri öldürməyi planlaşdırıb.

Qatil isə polisə açıqlamasında bildirib ki,  bu qanlı cinayətləri törətməsinə səbəb onun İŞİD-ə aid edam səhnələrini izləməsi ilə bağlıdır. O hədəf seçdiyi adamların vergidən yayınanlar və digər insanlar hesabına yaşayan şəxslər olduğunu bildirib.

Modern.az 

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı