Ukrayna Ali Radasının vitse-spikeri “Özünəyardım” fraksiyasından deputat Oksana Sıroed seçilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin bugünkü iclasında jurnalistlər yeni seçilən deputatların ilk davasına şahidlik ediblər. Məlumatda qeyd edilir ki, Sıroedin vitse-spikerliyə namizədliyinin lehinə 313 deputat səs verib.
Davaya gəldikdə, onun səbəkarı “Pyotr Poroşenkonun Bloku”ndan deputatlar olublar. Heç bir fraksiyaya daxil olmayan deputat Vladimir Parasyukun fikirləri onların xoşuna gəlməyib.
Beləliklə, yeni parlamentdə deputatlar birinci dəfə bir-birilərinə hücum çəkiblər. Münaqişəyə səbəb komitə rəhbərliyinə namizədlərə səsvermənin nəticələri olub. Parasyuk “Pyotr Poroşenkonun Bloku”ndan olan deputatların yerə gəlib səsvermə ilə bağlı narahatlığını bildirib.
Cavab olaraq onu itələməyə başlayıblar, fraksiyalarda təmsil olunmayan digər deputatlar, o cümlədən “Sağ sektor”un lideri Dmitri Yaroş Parasyuku müdafiə ediblər. İnsident yüngül itələşmə ilə başa çatıb, spiker parlamentarların daha ciddi qarşıdurmasına imkan verməyib.