Modern.az

İŞİD 200 girovu buraxdı

İŞİD 200 girovu buraxdı

Təhsil

18 Yanvar 2015, 18:18

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması İraqın Sincar şəhərini ələ keçirən zaman qaçırdığı yezidilərdən ən azı 200 nəfəri sərbəst buraxıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, aralarında üç uşağın da olduğu və çoxu yaşlılardan ibarət olan girovlar beş ayidi İŞİD-in əlində saxlanılırdı.

Buraxılan girovların çoxunun xəstə olduğu və zorakılığa məruz qaldığı bildirilir.

Azadlığa buraxılan yezidilər Kərkük şəhəri yaxınlığında kürd peşmərgələri tərəfindən qəbul olunub.



Modern.az
 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı