Modern.az

“Spartak”ın azərbaycanlı oyunçusu: “Rusiya yığmasında oynamaq istəyirəm”

“Spartak”ın azərbaycanlı oyunçusu: “Rusiya yığmasında oynamaq istəyirəm”

Təhsil

21 Yanvar 2015, 16:36


Rusiyanın gənclərdən ibarət yığma komandasının və Moskvanın “Spartak” komansının Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyev qısa müsahibə verib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya gənclərinin Qırğızıstan yığmasına 1:2 hesablı məğlubiyyətini şərh edən futbolçu Azərbaycan yığmasında oynamaq perspektivləri barədə də danışıb.

- “Spartak”da Cano Ananidzenin yerini tutmaq istəmirsiniz? Onun son vaxtlar ağ-qırmızıların heyətindəki oyunu çox da uğurlu alınmır.

- Ananidze barədə heç nə deyə bilmərəm. Onun oynamağı mənim xoşuma gəlir. Hədəfim konkret onun yeri deyil. Amma “Spartak”ın əsas heyətində oynamaq istəyirm. Kimin yerini tutacağım isə önəmli deyil.

- Siz azərbaycanlısınız. Heç Azərbaycan təşkilatları onların milli komandasında oynamaqla bağlı sizə təkliflər edirlər?

- Müntəzəm təklif edirlər. Hətta Rusiya gənclər komandasında oynamağım da onları durdura bilmir. Rusiya yığmasına çağırsalar, oynayacağam. Gələcəkdə nəyin olacağını isə bilmirəm.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...