Modern.az

Vəkil Xalid Bağırovun məhkəməsi başlayıb

Vəkil Xalid Bağırovun məhkəməsi başlayıb

Təhsil

21 Yanvar 2015, 16:54


Nizami Rayon Məhkəməsində vəkil Xalid Bağırovun vəkilliyinə xitam verilməsi ilə bağlı Vəkillər Kollegiyasının şikayət üzrə proses keçirilib.

Vəkil Xalid Bağırov Modern.az saytına bildirib ki, prosesdə hüquqlarını özü müdafiə edib: “Vəsatət vermişdim ki, Vəkillər Kollegiyası hüquqi şəxs deyil, buna görə də belə iddia qaldıra bilməz. Ancaq məhkəmə vəsatətlərimi rədd etdi. Növbəti proses fevralın 2-nə təyin olundu”.

Ötən ilin dekabrında Vəkillər Kollegiyası Xalid Bağırovun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib. O, məhkəmə proseslərinin birində dövlət və dövlətçiliyə qarşı çıxış etməkdə ittiham olunur.

Yeganə Oqtayqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!