Modern.az

Azərbaycanda aliment ödəməyən 2 min şəxs axtarışdadır

Azərbaycanda aliment ödəməyən 2 min şəxs axtarışdadır

Təhsil

22 Yanvar 2015, 10:34

Azərbaycanda alimentlərlə əlaqədar məhkəmə qərarlarının icrası vəziyyəti açıqlanıb.

Ədliyyə Nazirliyindən Trend-in rəsmi sorğusuna cavab olaraq bildiriblər ki, 2014-cü il ərzində aliment tələbi ilə bağlı yerli icra qurumlarının icraatında 52467 icra sənədi olub.

Həmin işlərdən 4416-nın icrası tamamlanıb, 48051 iş üzrə isə ödəmələr vaxtaşırı aparılır.

O cümlədən, 1997 borclu şəxsin axtarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı