Modern.az

Akademiyanın institutlarına yeni təyinatlar olub

Akademiyanın institutlarına yeni təyinatlar olub

Təhsil

22 Yanvar 2015, 11:03

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin son iclasında biologiya üzrə fəlsəfə doktoru Zemfira Abbasovanın Dendrologiya İnstitutunun elmi katibi vəzifəsinə təyinatı barədə qərar qəbul edilib.

Modern.az xəbər verir ki, Rəyasət Heyətinin digər bir qərarı ilə biologiya üzrə fəlsəfə doktoru Zümrüd Məmmədova həmin institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.

İclasda biologiya üzrə elmlər doktoru Nailə Mirzəyevanın AMEA Zoologiya İnstitutunun elmi katibi, biologiya üzrə elmlər doktoru Zəkəriyyə Məmmədovun isə Zoologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə təyin edilmələri barədə də qərarlar qəbul edilib.

Elmin NURİ

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı