Modern.az

Akademiyada təhsil şöbəsinə rəis təyin olundu

Akademiyada təhsil şöbəsinə rəis təyin olundu

Təhsil

22 Yanvar 2015, 16:37

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Mərkəzi Aparatının təhsil şöbəsi mövcud ştat vahidləri ilə elm və təhsil idarəsinin strukturuna daxil edilib. Modern.az xəbər verir ki, idarənin elmi tədqiqatların təşkili şöbəsinin rəis müavini, kimya üzrə fəlsəfə doktoru  Ömər Gülalov təhsil şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Yeni idarənin əsasnaməsi Rəyasət Heyətinin müzakirəsinə təqdim olunub.

AMEA Rəyasət Heyətinin Aparatının elmi-təşkilat idarəsi elm və təhsil idarəsi adlandırılıb.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz