Modern.az

Gədəbəyin deputatı: “Erməni hiyləgərlikdən əl çəkməsə də, rayonda sakitlikdir”

Gədəbəyin deputatı: “Erməni hiyləgərlikdən əl çəkməsə də, rayonda sakitlikdir”

Təhsil

30 Yanvar 2015, 10:40


Son günlər cəbhə xəttinin Gədəbəy istiqamətində yaranmış gərginlik nəticəsində ordumuz 3 şəhid verdi. Modern.az saytı Gədəbəyin deputatı Rafiq Məmmədhəsənovdan rayonun hazırki vəziyyətini soruşub.

Rafiq Məmmədhəsənov Modern.az-a açıqlamasında cəbhənin Gədəbəy istiqamətində vəziyyətin sabitləşdiyini deyib: “Əhalidə və orduda ruh yüksəkliyi var. Erməni hiyləgər siyasətindən əl çəkmir, çalışırlar ki, vəziyyəti həmişə gərginlikdə saxlasın. Onlar hansı təxribata əl atsa da, ordumuz hər şeyə hazırdı. Nə orduda, nə də əhalidə qorxu var, vəziyyət normaldır, əhval-ruhiyyə çox yüksəkdir”.

Yeganə Oqtayqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı