Modern.az

Lamiyə Quliyeva ilə bağlı məhkəmə təyin edildi

Lamiyə Quliyeva ilə bağlı məhkəmə təyin edildi

Təhsil

6 Fevral 2015, 22:23

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Lamiyə Quliyevanın həbsxanada cəzasının daha 5 il yarım artırılması haqda qərardan prokurorluğun verdiyi protestə məhkəmədə baxılma vaxtı bəlli olub.
Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev “Azadlıq” qəzetinə bildirib ki, protestə fevralın 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Proses saat 12:30-da başlayacaq.

Modern.az-a açıqlamasınsda isə vəkil Fəxrəddin Mehdiyev Lamiyənin işinin yüngülləşəcəyinə ümid etdiyini vurğulayıb:

“Verilən apelyasiya şikayəti 2010-cu ildə Cinayət Məcəlləsinin 317-ci maddəsinin 2-ci hissəsilə çıxarılan hökmün ağırlığına aid edilir. Təbii ki, mütləq şəkildə hökm dəyişdiriləcək və cəza yüngülləşəcək. Amma bu qərar məhkəmədən asılıdır”.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı